Dr. Səyyarə Hüseynova
Bildiyiniz kimi, rentgenoqrafiya, mammoqrafiya, anqioqrafiya və kompüter tomoqrafiyası (KT)
kimi müayinələr rentgen şüaları vasitəsilə həyata keçirilir və bu şüalar ionlaşdırıcı xüsusiyyətə
malikdir.
Bu müayinələr zamanı əsas məqsəd diaqnostik keyfiyyəti qorumaqla pasiyentin aldığı radiasi-
ya dozasını mümkün qədər minimuma endirməkdir. Radiologiyada bunun üçün ALARA (As
Low As Reasonably Achievable) adlı təhlükəsizlik prinsipi tətbiq olunur.
ALARA prinsipinə əsasən bir neçə vacib qayda mövcuddur. İlk növbədə lazımsız müay-
inələrdən çəkinmək lazımdır. Eyni anatomik nahiyəyə rentgen və ya KT müayinəsi yalnız tibbi
göstəriş olduqda aparılmalıdır.
İkinci vacib məqam alternativ müayinə üsullarının nəzərdən keçirilməsidir. Məsələn, ultrasəs
müayinəsi və maqnit-rezonans tomoqrafiya kimi ionlaşdırıcı şüa istifadə etməyən metodlara
üstünlük verilə bilər.
Digər mühüm qayda qoruyucu vasitələrdən istifadə edilməsidir. Qurğuşun önlüklər və xüsusi
qalxanlar vasitəsilə şüalanmaya daha həssas olan bədən nahiyələri qorunur.
Radiologiyada əsas məqsəd diaqnostikanın keyfiyyətini qoruyaraq pasiyentin aldığı radiasiya dozasını mümkün qədər minimum səviyyədə saxlamaqdır.
Bundan əlavə, radiasiya dozasının düzgün tənzimlənməsi də böyük əhəmiyyət daşıyır. Uşaqlar, gənclər və hamilə qadınlar üçün aparatın parametrləri daha aşağı səviyyədə seçilməlidir.Son olaraq isə şüalanmanın dəqiq hədəflənməsi vacibdir. Yəni şüa yalnız müayinə üçün lazım olan nahiyəyə yönləndirilməlidir.

