Dr. Afət Cabbarova

Burada vacib bəzi əlamətlər var ki, biz onlara mütləq diqqət yetirməliyik. Bəs hansı hallarda fibroadenoma cərrahi üsulla müalicə olunmalıdır?


Müşahidə zamanı fibroadenomanın ölçüsündə böyümə görürüksə, fibroadenomanın quruluşunda dəyişiklik müşahidə olunursa, fibroadenomada əvvəl olmayan, sonradan yaranan kalsinat (yəni kireç toplanması) görülürsə, fibroadenomada qanlanma yaranırsa və ya müayinə zamanı fibroadenomanı qidalandıran damar müşahidə olunursa,bu hallarda cərrahi müalicəyə üstünlük verilməsi tövsiyə olunur. Lakin istənilən halda yekun qərarı cərrah-mammoloq verməlidir. Bütün əlamətlər nəzərə alınaraq, ailəvi risk faktorları, yanaşı xəstəliklər və ümumilikdə fibroadenomanın riski qiymətləndirildikdən sonra yekun qərar verilir.