PhD.Dr. Habil Qafarov
Piylənmə (obezity) insanların sağlamlığı üçün ciddi təhdiddir və təəssüf ki, dünyada, eləcə də ölkəmizdə sürətlə artmağa davam edir.
Tətbiq olunan müxtəlif pəhrizlər, idman məşqləri və həyat tərzini dəyişmək üçün verilən cəhdlər bir çox hallarda təkbaşına nəticəsiz qalır. Xüsusilə piylənmənin özüylə bərabər gətirdiyi şəkərli diabet, ürək xəstəlikləri, yuxu apnesi kimi ciddi sağlamlıq problemləri zaman keçdikcə həyati təhlükə yaradır. Məhz belə anlarda bariatrik cərrahiyə böyük əhəmiyyət kəsb edir.
Bariatrik cərrahiyyə – çəki verilməsi məqsədi ilə aparılan bütün cərrahi əməliyyatların toplusudur
Bariatrik əməliyyatlar arasında ölkəmizdə ən çox tətbiq olunan metodlardan biri də “Sleeve Gastrectomy” adı verilən mədə kiciltmə əməliyyatıdır. Bilindiyi kimi, artıq çəkidən əziyyət çəkən xəstələr doyma hissini gec əldə edirlər. Bu səbəbdən mədə kiçiltmə əməliyyatı ilə xəstələrin mədə həcminin kiçildilməsi və xəstənin artıq yemək qəbul etməsinin önünə keçilir. Yəni, mədəkiçiltmə əməliyyatının məqsədi xəstənin mədəsinin kiçildilməsi və daha az yemək
qəbul etməsinə şərait yaradılmasıdır.
Ən geniş yayılmış Bariatrik əməliyyatlar bunlardır:
- Mədəkiçiltmə əməliyyatı (Sleeve Gastrectomy)
- Gastrik Bypass əməliyyatı (Gastric-bypass)
- Mini Gastrik Bypass əməliyyatı (Mini Gastric-Bypass)
- Mədə bandajı və ya mədə bandı

