Uzman cərrah Mama- Gİnekoloq

Dr. Samirə Hüseynova

Peşəkar fəaliyyəti dövründə müxtəlif klinikalarda çalışaraq ginekoloji xəstəliklərin diaqnostika və müalicəsi, hamiləlik təqibi, sonsuzluğun ilkin müayinəsi, hormonal pozğunluqların müalicəsi və ginekoloji əməliyyatların icrası sahəsində geniş təcrübə qazanmışdır. Hazırda German Hospital və Lux International Hospital-da mama-ginekoloq kimi fəaliyyət göstərir.

Uzman cərrah Mama- Gİnekoloq

Dr. Samirə Hüseynova

Mama-ginekoloq olaraq qadın sağlamlığı sahəsində uzun illər təcrübəyə malik mütəxəssisdir. Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmiş, daha sonra Sankt-Peterburqda mama-ginekologiya üzrə klinik ordinatura keçmiş və endokrin ginekologiya sahəsində ixtisasartırma təhsili almışdır. Peşəkar fəaliyyəti dövründə müxtəlif klinikalarda çalışaraq menstrual tsikl pozğunluqları, hormonal disfunksiyalar, sonsuzluq, menopauza dövrü problemləri və ginekoloji xəstəliklərin diaqnostika və müalicəsi sahəsində geniş təcrübə qazanmışdır. Həmçinin hamiləlik təqibi, kolposkopiya və histeroskopiya müayinələri, eləcə də bütün növ ginekoloji əməliyyatlar, təbii doğuş və keysəriyyə əməliyyatlarını icra edir.

Xİdmətlər

Təhsİl və İŞ TƏCRÜBƏSİ

2000–2006 – Azərbaycan Tibb Universiteti, Müalicə-profilaktika fakültəsi (fərqlənmə diplomu)
2006–2008 – Sankt-Peterburq MAPO, Reproduktiv sağlamlıq kafedrası – mama-ginekologiya üzrə klinik ordinatura
2007–2008 – OTTO adına Elmi Tədqiqat Mamalıq İnstitutu – endokrin ginekologiya üzrə təkmilləşmə kursu
2016 – Florence Nightingale Xəstəxanası, Türkiyə – ixtisasartırma kursu
2008–2011 – N. Tusi adına klinika, mama-ginekoloq
2012–2013 – Sağlam Ailə Klinikası
2013–2014 – Loğmed Tibb Mərkəzi
2016–2018 – Grand Hospital
2018–2024 – Medistyle Hospital
2018-dən etibarən – German Hospital
2024-dən etibarən – Lux International Hospital

SertİFİkatlar və üzvlük:

2017 – MİPS: “Qadınlarda çanaq dibi pozulmalarının diaqnostika və müalicəsi: yeni məqamlar” təlim kursu

2018 – International Symposium on Reproductive Health and Infertility
2019 – “Uşaqlıq boynu patologiyalarının müalicəsinə müasir yanaşma” – Beynəlxalq Onkoginekologiya konfransı
2019 – “Ginekologiya və Perinatologiyada müasir müayinə və müalicə metodları”konfransı
2020 – “Sübutedilən təbabət nöqteyi-nəzərindən erkən toksikozun müalicəsində müasir yanaşmalar”
2021 – 9. Üreme Sağlığı ve İnfertilite Kongresi (TSRM 2021), Antalya
2022 – Avropa-Asiya Mama-Ginekoloqlar Dərnəyinin I Beynəlxalq Konqresi
2023 – Kolposkopiya kursu
2024 – Minimal invaziv cərrahiyyə və süni mayalanmanın incəlikləri
2025 – “Mama-ginekologiyada çətin məsələlərin asan həlli” konfransı

İş Saatları


9:00 - 13.00 pm