Dr. Əfqan Qafarov

Meditasiya insanın özünə fokuslanması, öz bədənini və ruhunu daha yaxşı dərk etməsi deməkdir. Xüsusilə 50 yaşdan sonra həm ruhsal, həm də fiziki balansı qorumaq üçün insanın öz bədəninə qulaq asması və həyat tərzini buna uyğun tənzimləməsi vacib olur. Yaş artdıqca sümüklər, oynaqlar və əzələlərdə müəyyən zəifləmələr baş verə bilər və buna görə də bədən üçün uyğun fiziki aktivlik böyük əhəmiyyət daşıyır.


Bu dövrdə ağır idman növlərindən daha çox yüngül və passiv fiziki fəaliyyətlər tövsiyə olunur. Məsələn, yüngül yürüşlər, velosiped sürmək, üzgüçülük və Skandinaviya yürüşü kimi fəaliyyətlər oynaqların hərəkətliliyini qorumağa, əzələləri gücləndirməyə və sümük sağlamlığını dəstəkləməyə kömək edir. Bu cür aktivliklər həm də onurğa sistemi üçün faydalıdır və ümumi bədən funksiyalarının daha yaxşı işləməsinə şərait yaradır.

Digər tərəfdən, yaşlılıq dövründə ruhsal sakitlik və stressdən uzaq həyat tərzi də çox vacibdir. Gərginlik və stress bədəndəki qocalma proseslərini sürətləndirə və dayaq-hərəkət sisteminə mənfi təsir göstərə bilər. Buna görə də yaşlı insanların sakit, balanslı və stresssiz həyat tərzi keçirməsi həm fiziki, həm də psixoloji sağlamlıq üçün mühüm rol oynayır.