
Afət Cabbarova onkologiya sahəsində ixtisaslaşmış həkim-mammoloqdur. Azərbaycan Tibb Universitetini fərqlənmə ilə bitirmiş, onkologiya üzrə klinik ordinatura keçmiş və 2016-cı ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Uzun illər Azərbaycan Tibb Universitetində onkologiya fənnini tədris etmiş və süd vəzi xəstəlikləri üzrə beynəlxalq konfrans və təlimlərdə iştirak etmişdir.
Dr. Şəfa Şahbazova invaziv kardiologiya sahəsində uzun illərdir fəaliyyət göstərən mütəxəssisdir və ürək-damar xəstəliklərinin diaqnostika və müalicəsində geniş klinik təcrübəyə malikdir. O, Avropa Kardiologiya Cəmiyyətinin (ESC) fəal üzvü olmaqla yanaşı, bir sıra beynəlxalq elmi layihələrdə və tədqiqat proqramlarında iştirak etmişdir. Müxtəlif beynəlxalq konqres və elmi tədbirlərdə spiker və iştirakçı kimi çıxış edən həkim müasir kardioloji müalicə üsullarının tətbiqi və inkişafı istiqamətində fəaliyyət göstərir.
9:00 - 13.00 pm
Ən son xəbərlərdən və sağlamlıq məsləhətlərindən xəbərdar olmaq və heç birini qaçırmamaq üçün bülletenimizə abunə olun.
Copyright 2026 © Lux International Hospital