Radİoloq Həkİm

Dr. Günel Əliyeva

Dr. Günel Əliyeva radiologiya və onkoloji diaqnostika sahəsində ixtisaslaşmış təcrübəli həkimdir. O, Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmiş, Rusiyada rentgenologiya üzrə klinik ordinatura və ultrasəs diaqnostikası üzrə ixtisaslaşma təhsili almışdır. Süd vəzi xəstəliklərinin şüa diaqnostikası üzrə multimodal mütəxəssis olaraq mammoqrafiya, ultrasəs və digər radioloji müayinə üsulları ilə diaqnostika sahəsində fəaliyyət göstərir.

Radİoloq Həkİm

Dr. Günel Əliyeva

Dr. Günel Əliyeva radiologiya və onkoloji diaqnostika sahəsində ixtisaslaşmış təcrübəli həkimdir. O, Azərbaycan Tibb Universitetini həkim-onkoloq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmiş, daha sonra Rusiyada rentgenologiya üzrə klinik ordinatura və
ultrasəs diaqnostikası üzrə ixtisaslaşma təhsili almışdır.

2019-cu ildə N.N. Bloxin adına Rusiya Milli Tibbi Onkoloji Tədqiqat Mərkəzinin nəzdində fəaliyyət göstərən Kliniki və Eksperimental Radiologiya Milli Tədqiqat İnstitutunda süd vəzinin palpasiya olunmayan törəmələrinin kompleks şüa diaqnostikası mövzusunda dissertasiya müdafiə etmişdir. Süd vəzi xəstəliklərinin diaqnostikası üzrə multimodal mütəxəssis olaraq mammoqrafiya,
ultrasəs və digər invaziv və qeyri-invaziv radioloji müayinə üsulları sahəsində fəaliyyət göstərir və hazırda Azərbaycan Tibb
Universitetinin Radiologiya kafedrasında assistent vəzifəsində çalışır.

Xİdmətlər

İŞ TƏCRÜBƏSİ

2008–2010 – N.N. Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzi (ROEM), rentgenologiya üzrə klinik ordinatura
Müxtəlif tibb müəssisələrində radiologiya və şüa diaqnostikası üzrə fəaliyyət göstərmişdir
2023-dən etibarən – Azərbaycan Tibb Universitetinin Radiologiya kafedrasında assistent
Radiologiya və süd vəzi xəstəliklərinin diaqnostikası sahəsində fəaliyyət göstərir

SertİFİkatlar və üzvlük:

2017 – Mammoqrafiya üzrə təkmilləşmə kursu, Münhen – İzar Klinikası
2015 və 2021 – Rusiya Rentgenoloqlar və Radioloqlar Cəmiyyətinin konqresi, Moskva
2017 – “Reproduktiv orqanların onkologiyası” elmi konfransı, Moskva
2019 – “Radiologiya: Tibbin görən gözü” elmi tədbiri, Azərbaycan Tibb Universiteti
2020 – “Onkoradiologiya: şüa diaqnostikası və terapiyası” konfransı, Moskva
2024 – “Süd vəzi xəstəliklərində şüa-diaqnostika” elmi tədbiri, Bakı
2025 – “Süd vəzi xərçəngi müalicəsində sübutlu təbabətin və multidisiplinar əməkdaşlığın inkişafı” konfransı, Bakı
2025 – “Süd vəzi xəstəliklərinə multidisiplinar yanaşma” elmi toplantısı, Lənkəran

İş Saatları


9:00 - 13.00 pm