
PhD., Dr. Habil Qafarov bariatrik cərrahiyyə sahəsində ixtisaslaşmış mütəxəssisdir. O, piylənmənin cərrahi müalicəsi üzrə böyük təcrübəyə malikdir və mədəkiçiltmə (Sleeve Gastrectomy), gastrik bypass və digər bariatrik əməliyyatları icra edir. Hazırda LUX International Hospital-da fəaliyyət göstərir və ölkə daxilində yanaşı beynəlxalq təcrübəyə də malikdir.
PhD., Dr. Habil Qafarov bariatrik cərrahiyyə sahəsində ixtisaslaşmış təcrübəli cərrahdır. O, Azərbaycan Tibb Universitetində təhsil almış, Rusiyanın Pavlov adına Ryazan Dövlət Tibb Universitetində cərrahiyyə üzrə internatura və ordinatura keçmiş, daha sonra Kursk Dövlət Tibb Universitetində aspirantura təhsilini başa vuraraq Tibb üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsini əldə etmişdir. Bariatrik cərrahiyyə sahəsində beynəlxalq təcrübəyə malik olan həkim Fransanın Strasburq şəhərində ixtisasartırma kursu keçmişdir. Fəaliyyəti dövründə mədəkiçiltmə (Sleeve Gastrectomy), gastrik bypass və digər qarın boşluğu əməliyyatları üzrə ixtisaslaşmışdır. Hazırda LUX International Hospital-da fəaliyyət göstərir və ölkəmizlə yanaşı Özbəkistan, Qazaxıstan və Qırğızıstanda da bariatrik əməliyyatlar icra edir.
2003-2009-cu illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb.
2009-2012-ci illərdə Pavlov adına Ryazan Dövlət Tibb Universitetində cərrahiyyə ixtisası üzrə internatura və ordinatura təhsili alıb.
2013-2015-ci illərdə Kursk Dövlət Tibb Universitetində aspirantura təhsili + alaraq "Gernioplastika zamanı sintetik material seçimi" mövzusunda elmi işini müdafiə edərək, elmlər namizədi elmi dərəcəsini alıb.
2016-cı ildə Fransanın Strasburq şəhərində bariatrik cərrahiyyə kursunu bitirib.
Müxtəlif klinikalarda bariatrik cərrah olaraq çalışıb. Hal-hazırda LUX İNTERNATİONAL HOSPİTALDA çalışır.
10-dan artıq elmi məqalənin müəllifidir.
9:00 - 13.00 pm
Ən son xəbərlərdən və sağlamlıq məsləhətlərindən xəbərdar olmaq və heç birini qaçırmamaq üçün bülletenimizə abunə olun.
Copyright 2026 © Lux International Hospital