Ümumİ cərrah

Dr. Nərgiz Həsənova

Həsənova Nərgiz Teymur qızı — ümumi cərrah olaraq müxtəlif cərrahi xəstəliklərin diaqnostikası və müalicəsi ilə məşğuldur. O, 1998–2004-cü illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil almışdır. 2004–2005-ci illərdə Bakı Şəhər Onkoloji Dispanserində həkim-interna kimi fəaliyyət göstərmiş, 2005–2007-ci illərdə Azərbaycan Tibb Universitetinin Ümumi cərrahiyyə kafedrasında klinik ordinatura keçmişdir.

Ümumİ cərrah

Dr. Nərgiz Həsənova

Peşəkar fəaliyyəti dövründə müxtəlif beynəlxalq kurs və simpoziumlarda iştirak edərək bilik və bacarıqlarını artırmışdır. Türkiyədə Acıbadem Universitetində “Qamma bıçağı ilə müalicə”, ABŞ və Yaponiya şirkətləri tərəfindən təşkil olunan tibbi kurslar, həmçinin kök hüceyrələrin klinik tətbiqi və müasir müalicə metodları ilə bağlı təlimlərdə iştirak etmişdir.

Xİdmətlər

İŞ TƏCRÜBƏSİ

1998–2004 — Azərbaycan Tibb Universiteti, Müalicə işi fakültəsi
2004–2005 — Həkim-interna, Bakı Şəhər Onkoloji Dispanseri
2005–2007 — ATU Ümumi Cərrahiyyə kafedrası, klinik ordinatura
2014–2017 — ATU Onkologiya kafedrası, doktorantura

SertİFİkatlar və üzvlük:

2007 — Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Milli Onkologiya Mərkəzi tərəfindən “Uşaqlarda onkohematoloji yardımın təşkili”
2009 — Acıbadem University, İstanbul, Türkiyə “Qamma bıçağı ilə müalicə”

2015 — Ellman LTD tərəfindən “Surgitron ilə radiocərrahiyyə” kursu
2019 — Japan Bio Products, Fukuoka, Yaponiya “İnsan ciftinin hidrolizatının tibbdə tətbiqi”
2019 — AR Hərbi Cərrahlar İctimai Birliyi və Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalı “Hərbi səhra döyüş travması” simpoziumu və “Travma” kursu
2021 — “Xroniki ağrıların müalicəsində müasir yanaşmalar. Kök hüceyrənin tətbiqində effektiv yeniliklər”
2023 — International Society for Stem Cell Application (ISSCA), İstanbul, Türkiyə “Kök hüceyrələrin klinik tətbiqi” kursu

İş Saatları


9:00 - 13.00 pm