
Dr. Şebnur Mirzayeva qadın xəstəlikləri və doğum üzrə ixtisaslaşmış həkimdir. O, Azərbaycan Tibb Universitetində təhsil almış, daha sonra İstanbul Eğitim və Araştırma Xəstəxanasında Qadın Xəstəlikləri və Doğum ixtisası üzrə uzmanlıq təhsili almışdır. Hamiləliyin izlənməsi, riskli hamiləliklərin idarə olunması, ginekoloji müayinələr və müxtəlif ginekoloji əməliyyatların icrası sahəsində fəaliyyət göstərir.
Dr. Günel Məmmədova təcrübəli radioloq həkimdir və 20 ilə yaxın müddətdir tibbi görüntüləmə və diaqnostika sahəsində fəaliyyət göstərir. O, Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirmiş, internaturanı Respublika Diaqnostika Mərkəzində keçmişdir.
Fəaliyyəti dövründə müxtəlif tibb müəssisələrində çalışaraq mammoqrafiya, prenatal diaqnostika, fetal ürək və beyin qiymətləndirilməsi, eləcə də müxtəlif növ USM və doppler müayinələri sahəsində geniş təcrübə qazanmışdır. Hazırda Lux International Hospital-da radioloq həkim kimi fəaliyyət göstərir.
9:00 - 13.00 pm
Ən son xəbərlərdən və sağlamlıq məsləhətlərindən xəbərdar olmaq və heç birini qaçırmamaq üçün bülletenimizə abunə olun.
Copyright 2026 © Lux International Hospital